David Guetta Bakını 'partlatdı' - VİDEO

MAQAZİN
14:29 06.05.2013
2392

Mayın 5-də “Baku Expo Center”-də dünyanın ən yaxşı DJ-lərindən biri olan David Guetta-nın çıxışı baş tutub.

Öz çoxsaylı hitləri və “The Black Eyed Peas”, LMFAO, Snoop Dogg, Akon, Rihanna, Nikki Minaj, Flo Rida, Sia, Usher və başqa dünya səviyyəli ulduzlarla duetləri ilə tanınan David Guetta bu gecə hamını təəccübləndirməyi bacarıb.AZXEBER/COM-un görə, buna qədər tanınmayan çoxsaylı treklərlə David Guetta dövrü olaraq, “hausdan” proqressiv “transa” keçərək, sərt “dabstep”-dən də tutaraq, demək olar ki, “Baku Expo Center”-i partladıb. Bununla David Guetta MTV ekranlarından kənarda necə ola biləcəyini göstərib.Əminliklə demək olar ki, Bakı tamaşaçıları buna qədər belə bir şou görməmişdi. Etiraf edin, məgər kimsə bu DJ-dən məşhur “Harlam Shake” trekini gözləyirdi? O isə bu treki də ifa etdi!Şayiələrə görə xüsusi təyyarədə gətirilən işıq və səs təchizatları doğrudan da ən yüksək səviyyədə idi. “Eurovision”un finalını, Rihanna, Şakira, və Cey Lonun solo konsertlərini görən Bakı hər şey hazır idi, ancaq Guetta bütün ümidləri aşa bildi. Burada qeyd etmək lazımdır ki, DJ-dən əlavə gecəni gözəl “go-go girls” qızlarının möhtəşəm şousu bəzədi.Qısa olaraq, təşkilatı məsələlərə də toxunmaq istərdik. Tamamilə ayrı olan “Standart” və “VİP” zonalar, gözəl servis və “VİP” zonada olan dəbdəbəli hazırlanmış stollar (hər şey biletin qiymətinə daxil idi) və mühafizə - çox əla təəssürat yaratdı.Yeganə qeyd olunmalı məsələ - bəzi gənclərin öz hislərinə hakim ola bilməməsidir. İstirahət edə bilmirsiniz, başqalarına mane olmayın. Burada mühafizə xidmətinin zamanında müdaxilə etməsi problemi həll etdi. Buna görə onlara ayrıca təşəkkür düşür.Ümumi olaraq, demək lazımdır ki, gecə alındı. Guetta boş yerə Armin Van Buuren, Tiesto və Avicii ilə bir sırada dünyanın ən yaxşı DJ-lərindən deyil. Bu DJ-lərdən yalnız son ikisi Bakıda olmayıb. Ancaq Tiesto-nun Twitter-də öz mikrobloqunda yazdığına inansa, o özü də Bakıya gəlmək istəyir.

OXŞAR XƏBƏRLƏR