Millimizin baş məşqçisi Canni De Byazi "TMW Radio Sport"a müsahibə verib.
AZXEBER.COM xəbər verir ki, o, müsahibə zamanı millimizin ötən ay Malta və Litvaya uduzduqları (0:1) yoxlama oyunları barədə də danışıb: "Millidə problem çox az vaxtın olmasıdır. Malta və Latviyaya 0:1 hesabı ilə uduzduq. Çox günümüz olmasa da, yeni sistem sınadıq. 12 gün ərzində UEFA Millətlər Liqasında 4 oyun keçirəcəyik. Bunu edə biləcək oyunçularım yoxdur, bəzi şeylər bizi təəccübləndirir".
De Byazi Albaniya yığması ilə millimizin müqayisəsi ilə bağlı verilən sualı belə cavablandırıb: "Albaniya millisi indi yaxşı vəziyyətdədir. Onların keyfiyyətli futbolçular var. Azərbaycan millisində isə qarşımdakı müəyyən çatışmazlıq var. Biz qurduqlarımızı həyata keçirməkdə çətinlik çəkirik. Hazırda bunun üzərində işləyirəm. İstədiyimizi həyata keçirmək üçün mənə vaxt verilib. Komandada xarakter problemi də var. Əgər həmişə uduzursansa, daha az boyun əyməli, daha çox qürur və qətiyyət ortaya qoymalısan. Mən hələ də buna təsir edə, ruhumu qorxaq komandaya ötürə bilmirəm".