Yasamalda klinika rəhbərinin arvadını güllələməsinin təfərrüatı məlum olub.
AZXEBER.COM xəbər verir ki, hadisə Yeni Yasamal yaşayış massivində baş verib.
Doqquzmərtəbəli binada yaşayan 1986-cı il təvəllüdlü Fərqanə Kərimova güllə xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə şahidlərinin sözlərinə görə, şübhəli V.Kərimov hadisədən sonra qonuşlarından kömək istəyib:
"Dedi ki, ay Müşfiq yoldaşımı vurmuşam, kömək edin. Qaçdıq getdik ora, gördüm ki, qadın maşınlarının yanında uzanıb. Hüquq-mühafizə orqanları gələndən sonra məlum oldu ki, maşının arxasında tüfəng olub”.
Yasamal Rayon Prokurorluğu hadisə ilə bağlı məlumat yayaraq bildirib ki, 1986-cı il təvəllüdlü Vasif Kərimovun aralarında yaranmış mübahisə zamanı silahdan atəş açaraq arvadı Fərqanə Kərimovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Fərqanə Kərimova xəstəxanaya yerləşdirilib, hazırda müalicəsi davam etdirilir.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Vasif Kərimov iş üzrə şübhəli şəxs qismində tutulub.
Ətraflı "Baku TV”nin videomaterialında: