Xəbər verdiyimiz kimi, Şuşa rayonu ərazisində baş verən dəhşətli qəzada 5 nəfər həyatını itirib.
AZXEBER.COM xəbər verir ki, "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Daşaltı kəndi ərazisində aşaraq yanan "Nissan Navara” markalı avtomobildə olan şəxslər "Mikro Tunel Tikinti” MMC-nin əməkdaşları olub. Hadisə gecə saatlarında onlar tikinti sahəsindən qayıdarkən baş verib.
Qeyd edək ki, avtomobilin aşaraq alovlanması nəticəsində sərnişinlər - Kamil Qaybalıyev, Rəşad Atakişiyev, Şahbaz İsayev, Eldəniz Həsənov, Hümbət Hümbətov hadisə yerində yanaraq ölüblər. Sürücü Elvin Abbasov isə ağır yanıq xəsarətləri ilə Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
![](https://azxeber.com/file/pic/xeber/2023-11/1699257608_315686664_3069451193346900_1062888506164509677_n.jpg)
![](https://azxeber.com/file/pic/xeber/2023-11/1699257675_83044412_862088210910754_2769624126275452928_n.jpg)
![](https://azxeber.com/file/pic/xeber/2023-11/1699257606_324937167_3249977578649907_4272304252333492354_n.jpg)