Kolumbiyada sərnişin avtobusunun aşması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Məlumata görə, ağır qəzada 26 nəfər ölüb, 15 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Polis rəsmiləri Boqota – Jirarto arasındakı maqistral yolda qəzaya uğrayan avtobusun qəhvə sərgisindən qayıtdığını bildirib.