"Delta" ştammına qarşı yeni vaksinlər tələb oluna bilər

SAĞLAMLIQ
19:18 05.08.2021
1387
Koronavirusun "delta" ştammının yayılması ilə mübarizə üçün yeni vaksinlər tələb oluna bilər.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, bir qrup britaniyalı alimin keçirdiyi tədqiqatlar nəticəsində mövcud vaksinlərin bu ştammla yoluxmaya qarşı səmərəliliyi 49 faizədək, simptomların inkişafına qarşı isə 59 faizədək azalıb.

Mütəxəssislər hesab edir ki, vaksinlərin virusun mutasiyalarına qarşı effektivliyi azaldığına görə, "delta" variantı üçün yeni preparatların hazırlanması məqsədəuyğundur.

Tədqiqatlarda 98 min nəfər iştirak edib.

OXŞAR XƏBƏRLƏR