Deputat: " 2017-ci il Azərbaycan üçün asan il olmayacaq" – MÜSAHİBƏ

İQTİSADİYYAT
15:29 11.11.2016
1382

 

Manatın sürətlə ucuzlaşması və bir çox bankların dollar satışının dayandırması artıq ajiotaja səbəb olub.

Bu gün dollar satışını həyata keçirən banklarda isə məzənnə 1.75-i keçdi. Ekspertlər isə hesab edir ki, dollar daha da bahalaşacaq. Ölkə iqtisadiyyatının son durumu ilə bağlı millət vəkili Vahid Əhmədovdan müsahibəsini təqdim edirik:

- Artıq dollar 1.69 civarındadır. Və ekspertlər hesab edir ki, dollar 2 manata bərabər olacaq. Bu proqnoz nə qədər doğru hesab edilə bilər?

- Manatla bağlı proqnozu 8 ay öncə vermişdim. Dolların 2 manata bərabər olacağını isə qabaqcadan deyə bilmərəm. Bu tədiyyə balansından, idxal-ixrac əməliyyatlarından asılıdır. Amma üzən məzənnə siyasəti o zamana qədər davam edəcək ki, manat öz həqiqi dəyərini alsın. 

- Bu gün artıq 10-a yaxın bank dollar satışını dayandırıb və qara bazar yenə də aktivləşib. Əldə etdiyimiz ən son məlumata görə, qara bazarda dollar 1.95 civarındadır. Bankların dollar satışının dayandırması dolların qara bazarda kursunun böyüməsinə səbəb deyilmi?

- Mən bilmirəm ki, banklar dollar satışını niyə dondurub. Çünki satışa dollar çıxarılır. Neft Fondu və Mərkəzi Bank müəyyən məbləğdə vəsait ayırır. Dolların satışının dondurulması düzgün əməliyyat deyil. Amma ötən gün yaxın bir dost bankdan 45 min dollar vəsait götürdü, dəyişdi  və heç bir problem olmadı. 

- Mərkəzi Bank manatın dayanıqlığına 11.2 milyard pul xərcləyib. İndi isə öz ehtiyatlarını qoruyur. Mərkəzi Bankın kurs siyasəti nə dərəcədə doğrudur?

- Mərkəzi Bank vaxtında öz ehtiyatlarını qorumalı idi. İndi artıq gecdir. Manatı qorumağa heç ehtiyac yoxdur. Çünki manatın kursu üzən məzənnə üzrə müəyyən olunur və bazara dəyərini almalıdır. Ona görə də, vaxtında 11.2 milyard vəsaiti real sektora versəydilər, indi Azərbaycanda heç bir problem olmazdı.

- Növbəti ilə Azərbaycan iqtisadiyyatını nə gözləyir?

- Dünya iqtisadiyyatını nə gözləyirsə, Azərbaycan iqtisadiyyatını da o gözləyir. Dünya iqtisadiyyatında müəyyən problemlər yaşanır. Valyutalar devalvasiyaya uğrayır. Ərzaq qıtlığı yaşanır. O ki, qaldı Azərbaycana, 2017-ci il heç də asan il olmayacaq. Müəyyən çətinliklər bizi gözləyir. Əgər Azərbaycan qeyri-neft sektorunun inkişafını sürətlə inkişaf etdirə bilsə, ixracda müəyyən prosesləri qabaqlaya bilsə, ixracı artıra bilsə, neftdən asılılığını azalda bilsə ciddi problem olmamalıdır. 

- Post-neft dövründə qeyri-neft sektorunun inkişafı çətin olmayacaq?

- Qeyri-neft sektorunun inkişafı adi məsələ deyil. Müəyyən qədər vəsait tələb olunur. Bunu çoxdan başlamaq lazım idi. 2004-cü ildə prezident bununla bağlı müvafiq göstərişlər vermişdi. Amma bu müddətdə ciddi işlər görülmədi. Yalnız indi sənaye obyektləri yaradılır ki, müəyyən qədər inkişaf etsin. Yəni vaxt lazımdır.


// fins.az

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

20:02 12.02.2025

Prezidentin yüksək vəzifə verdiyi Elnur Bağırov kimdir?

19:54 12.02.2025

NATO Baş katibi: Ukraynanın Alyansa üzvlüyünün müzakirəsi hələ tezdir

19:41 12.02.2025

Görənləri bihuş edən, 30 il gözü kölgəli qalan Zəngilan - Mikayıl Mirzəzadə yazır

19:40 12.02.2025

Suriyada yeni hökumət martın 1-də qurulacaq

19:36 12.02.2025

Prezident Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sədr təyin etdi

19:29 12.02.2025

Almaniya ölkənin bütün quru sərhədlərində nəzarəti daha altı ay uzadıb

19:18 12.02.2025

Azərbaycan klubunun həkimi 5 oyunluq cəzalandırılıb

19:06 12.02.2025

“Barselona” Levandovski ilə müqavilə müddətini uzadacaq

18:52 12.02.2025

Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI