Deputat “Əli və Nino”dakı kitab oğurluğundan danışdı

Deputat “Əli və Nino”dakı kitab oğurluğundan danışdı
SOSİAL
13:11 08.06.2021
375

Milli Məclisin iclasında çıxış edən deputat Kamal Cəfərov əvvəlcə seçildiyi dairədə pulsuz hüquqi yardım göstərilməsindən danışıb, Vəkillər Kollegiyasının rəhbərliyinə və vəkillərə bu təşəbbüsdə yaxından iştirak etdiklərinə görə təşəkkürünü bildirib.

Daha sonra o, "Əli və Nino” kitab şəbəkəsindən iki gəncin kitab oğurlaması ilə bağlı mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatlardan bəhs edib.

Deputat bildirib ki, oğurluqda əmlakın dəyəri 100 AZN olarsa, bu məsuliyyət yaradır.

"Mən Səbail rayon Məhkəməsinin hakimi Azər Tağıyevə təşəkkür etmək istəyirəm ki, o, baş vermiş hadisədə inzibati məsuliyyətin olmadığı barədə qərar verib”.

Digər tərəfdən, deputat "Əli və Nino” şəbəkəsinin rəhbərinin nəzərinə çatdırıb ki, qanuna görə, çəkilişlər vətəndaşın razılığı əsasında aparıla bilər:

"Əslində, bununla inzibati xətanı Nigar xanım törədir. Məşhur bir deyim var, oğrular adətən kitab oğurlamır və kitab oxuyan da oğru olmur”.

OXŞAR XƏBƏRLƏR