“Deputatları çağırın, deyəsən, boğazları quruyub, çay içməyə gediblər” - Oqtay Əsədov

“Deputatları çağırın, deyəsən, boğazları quruyub, çay içməyə gediblər” - Oqtay Əsədov
SOSİAL
14:43 03.04.2018
7490
 Milli Məclisin sədri Oqtay Əsədov deputatlara irad bildirib.

"Report”un xəbərinə görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında "Peşə təhsili haqqında" qanun layihəsinin müzakirə zamanı əsas kimi qəbul edilməsi üçün səsvermədə deputatların sayı kifayət etmədiyindən məsələ səsvermədən keçməyib.

Spiker buna əsəbləşərək "Deputatları çağırın, deyəsən, boğazları quruyub, çay içməyə gediblər” deyib.

Sonra yenidən səsvermə keçirilib.

OXŞAR XƏBƏRLƏR