Deputatlığa namizəd şəhid ailələrdən olan seçicilərini evlərində ziyarət edib - FOTOLAR

Deputatlığa namizəd şəhid ailələrdən olan seçicilərini evlərində ziyarət edib - FOTOLAR
Seçki2024
15:41 20.08.2024
297
125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən Milli Məclis üzvlüyünə namizəd Nigar Ələsgərova şəhid ailələrdən olan seçicilərini evlərində ziyarət edir. N.Ələsgərovanın ziyarət etdiyi belə ailələrdən biri II Qarabağ müharibəsində şəhid olan mayor Rüfət Əsgərovun Bakı şəhərində yaşayan ailəsi olub.  

AZXEBER.COM xəbər verir ki, görüşdə şəhidimizin atası Mürvət Əsgərov oğlunun vətəninə necə bağlı olduğundan, Qarabağ uğrunda gedən döyüşlərdəki qəhrəmanlıqlarından danışıb. Şəhid atası M.Əsgərov deputatlığa namizəd Nigar Ələsgərovaya seçkilərdə uğurlar arzulayıb, ona öz xeyir-duasını verib.

N.Ələsgərova Sumqayıt şəhərində aparılan təbliğat-təşviqat zamanı antiterror əməliyyatlarında şəhid olan Zamin Abbasovun məzarını da ziyarət edib, sonra isə evində ailəsi və yaxınları ilə görüşüb. Şəhid anası, Sevda Abbasova oğlu Zaminin həyatından, onun hərtərəfli bir övlad olduğundan, orta məktəbdəki nailiyyətləri, idman sahəsindəki uğurlarından, musiqiyə həvəsindən danışıb. Onun sözlərinə görə, bütün bu nailiyyətlərinə baxmayayraq, Zamin həmişə atası kimi hərbçi olmaq istəyib, 8-ci sinifdən sonra hərbi məktəbə qəbul olunub. Şəhid anası, deputatlığa namizəd Nigar Ələsgərovaya ziyarətə görə təşəkkürünü bildirib, ona seçkidə uğurlar diləyib.

Namizəd Sumqayıtda şəhid Vüsal Allahverdiyevin ailəsini də ziyarət edib. Şəhidimizin anası Hicran Allahverdiyeva bu ziyarətdən məmnunluğunu ifadə edib, Vüsalın həyatından, xüsusən də döyüş yolundan bəhs edib. Qeyd edib ki, Vüsal 2020-ci ilin iyulun 12-də başlayan Tovuz döyüşləri zamanı General-mayor Polad Həşimov şəhid olduqdan sonra, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Qubadlı rayon şöbəsinə müraciət edib və könüllü olaraq orduya yazılıb. Sentyabrın 27-də başlayan Vətən müharibəsində Füzuli rayonunun Seyidəhmədli kəndində, Cəbrayıl və Xocavənd rayonu istiqamətində döyüşlərdə iştrak edib, böyük şücaət göstərib. Ən son oktyabr ayının 30-da Xocavənd rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib, lakin döyüş zamanı düşmən gülləsinə tuş gələrək, şəhidlik zirvəsinə ucalıb.  

Lələtəpə yüksəkliyini fəth edən zabitlərdən biri, əsgəri ilə çiyin-çiyinə qanlı döyüş meydanına atılaraq ölümün gözünə dik baxan Şəhid polkovnik Şükür Həmidovun anası Şərqiyyə Həmidovanın səhhətində yaranan problemlər səbəbilə xəstəxanadan yeni çıxdığını öyrənən deputatlığa namizəd N.Ələsgərova  onu evində ziyarət edib.  Ş.Məmmədova onu ziyarət etdiyi üçün N.Ələsgərovaya təşəkkür edib, xeyir-duasını verib, ona uğurlar arzulayıb. 

Şəhid ailələrini ziyarətdə deputatlığa namizəd N.Ələsgərova torpaqlarımızın azadlığı uğurundan canından keçən hər bir şəhidimizə rəhmət, ailələrinə səbir diləyib. Platformasında şəhid ailələri ilə bağlı xüsusi bəndin olduğunu, seçiləcəyi təqdirdə bu kateqoriyadan olan insanların problemlərini mütəmadi öyrənəcəyini və aidiyyəti qurumların köməyi, eyni zamanda şəxsi əlaqələrindən istifadə edərək həllinə nail olacağını bildirib. 

Qeyd edək ki, deputatlığa namizəd N.Ələsgərovanın bu qəbildən olan ailələrlə görüşləri davam edir. 

Nigar Ələsgərovanın tərcümeyi halı: https://nigaralasgarova.az/tercumeyi-hal/
 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dünənki qəzada həlak olan TƏBİB əməkdaşı iki gün əvvəl işə başlayıbmış - TƏFƏRRÜAT
23:16 13.03.2025
Dünənki qəzada həlak olan TƏBİB əməkdaşı iki gün əvvəl işə başlayıbmış - TƏFƏRRÜAT
Azərbaycan-Yunanıstan ikitərəfli və çoxtərəfli münasibətləri müzakirə olunub-FOTOLAR
23:13 13.03.2025
Azərbaycan-Yunanıstan ikitərəfli və çoxtərəfli münasibətləri müzakirə olunub-FOTOLAR
Ceyhun Bayramov Çinin Avropa məsələləri üzrə sabiq nümayəndəsi ilə regional məsələləri müzakirə edib
23:07 13.03.2025
Ceyhun Bayramov Çinin Avropa məsələləri üzrə sabiq nümayəndəsi ilə regional məsələləri müzakirə edib
"Barselona" futbolçusu ilə müqavilə müddətini uzadıb
22:56 13.03.2025
"Barselona" futbolçusu ilə müqavilə müddətini uzadıb
İsveç Ukraynaya 18 ədəd “Archer” artilleriya qurğusu göndərəcək
22:43 13.03.2025
İsveç Ukraynaya 18 ədəd “Archer” artilleriya qurğusu göndərəcək
Azərbaycan yunan-Roma güləşçiləri Avropa çempionatında 1 gümüş, 2 bürünc medal qazanıblar
22:27 13.03.2025
Azərbaycan yunan-Roma güləşçiləri Avropa çempionatında 1 gümüş, 2 bürünc medal qazanıblar
SOCAR Gürcüstandakı Kulevi neft terminalını genişləndirməyi planlaşdırır
22:22 13.03.2025
SOCAR Gürcüstandakı Kulevi neft terminalını genişləndirməyi planlaşdırır
Ağstafada dönərdən zəhərlənən şəxslərin kimliyi məlum olub
22:14 13.03.2025
Ağstafada dönərdən zəhərlənən şəxslərin kimliyi məlum olub
Avstriya XİN Bakı və İravanın sülh sazişi mətninin razılaşdırılmasını alqışlayır
22:06 13.03.2025
Avstriya XİN Bakı və İravanın sülh sazişi mətninin razılaşdırılmasını alqışlayır
"Real"ın futbolçusu 1 aya yaxın yaşıl meydanlardan kənar qalacaq
21:56 13.03.2025
"Real"ın futbolçusu 1 aya yaxın yaşıl meydanlardan kənar qalacaq
ABŞ Maliyyə Nazirliyi zərurət halında Rusiyaya qarşı sanksiyaları gücləndirməyə hazırdır
21:45 13.03.2025
ABŞ Maliyyə Nazirliyi zərurət halında Rusiyaya qarşı sanksiyaları gücləndirməyə hazırdır
Ağstafada 8 nəfər dönərdən zəhərlənib
21:32 13.03.2025
Ağstafada 8 nəfər dönərdən zəhərlənib
Monika Belluççinin keçmiş əri sevgilisi ilə  - FOTOLAR
21:21 13.03.2025
Monika Belluççinin keçmiş əri sevgilisi ilə - FOTOLAR
BMT Putinin Ukraynada atəşkəslə bağlı razılıq bəyanatını alqışlayıb
21:14 13.03.2025
BMT Putinin Ukraynada atəşkəslə bağlı razılıq bəyanatını alqışlayıb
TƏBİB-in əməkdaşı qəzada öldü
20:52 13.03.2025
TƏBİB-in əməkdaşı qəzada öldü
Ölkə ərazisində qanunsuz yolla ağac kömürü istehsal edilən 43 kömür quyusu aşkar olunub
20:44 13.03.2025
Ölkə ərazisində qanunsuz yolla ağac kömürü istehsal edilən 43 kömür quyusu aşkar olunub