Mərhum reper Hüseyn Dəryanın ölümündən beş ay öncə oxuduğu mahnısı oğurlanıb.Bu haqda “Öz aramızda” verilişinə qonaq olan, sənətçinin keçmiş həyat yoldaşı Sona İbadova deyib.O, verilişin yaradıcı heyətindən kömək istəyərək, bunları bildirib:
“2010-cu ildə Hüseyn iki mahnı yazmışdı. Onu ölümündən beş ay əvvəl oxudu, amma təqdim etmədi. Hüseyn bu mahnıları çox sevirdi, onun yazılmasında əziyyətlər çəkmişdi. Gecə səhərə kimi studiyada qalanda mən yanında olmuşam. Hətta qəzadan iki gün əvvəl İradə İsaqın verilişində də bu bəstələrdən danışmışdı. Onları yeni albomuna daxil edəcəkdi. Bir insan götürüb bəstələri oxuyub, icazə də almayıb. Rejissor Kənan M.M, prodüser Sayqa Cahid və reper Dado həmin şəxslə dəfələrlə danışdı. Ondan mahnını yaymamasını istədilər, amma qulaq asmır. Yalandan deyir ki, Hüseyn özü mənə vermişdi. Son sözü isə bu oldu: “Gedin nə istəyirsiz edin”. Mənə kömək edin, müəllif hüququ tanınsın, həmin şəxsə qadağa qoyulsun. Biz Hüseynin mahnılarından ibarət albom hazırlayırıq, yaxın gündə təqdim ediləcək. Həmin mahnılardan birinin adını da alboma qoyacağıq. Bu, Hüseyn Dəryanın arzusu idi”.//axsam.az