Diaspor Gənclərinin Şuşa şəhərində keçirilən III Yay Düşərgəsi çərçivəsində Azərbaycanın tanınmış blogerləri ilə görüş keçirilib.
AZXEBER.COM xəbər verir ki, bu görüşdə Aliyə Cəlil "A-zone Agency” influenser marketinq şirkətinin rəhbəri olaraq paneldə iştirak edib.
Xüsusi olaraq panel çıxışında gənclərimizin həm döyüş meydanından, həm də informasiya müharibəsindən alnıaçıq və üzüağ çıxdığını ilkin olaraq vurğulayaraq, iştirakçıların hər birinə təşəkkürünü bildirib.
Paneldə çıxış edərkən o bildirib ki, bu düşərgənin məhz Şuşada olması, burada bu qədər fəal, bacarıqlı, parlaq azərbaycanlı gənclərin toplaşması məni qəhərləndirdi. Biz Şuşadaydıq, Azərbaycan mədəniyyətinin paytaxtında.
"Bu, mənim ilk səfərim idi. Şuşa həqiqətən gözəl və sehirlidir. Şuşa mənim üçün dünyanın ən gözəl yeri olmuşdur xəyallarımda, bura haqda hər zaman dərsliklərdən, xəbərlərdən, video və foto materiallarda görüb, eşitmişdim. Şuşaya daxil olarkən buranın təsvir olunan qədər xüsusi olduğunu axır ki, real olaraq gördüm. Əvəzolunmaz hisslərdir. Bu torpaqlara gələ bildiyimiz üçün Ali Baş Komandana və döyüşən hərbiçilərimizə təşəkkür edirik.
Paneldəki mövzumuz sosial media, informasiya müharibəsi, bu dövrlərdə sosial medianı nə formada istifadə etməli və nəyi təbliğ etməliyik mövzusunda oldu. Mövzunun əsas hissəsi interaktiv sual-cavab formatında oldu. Gənclərin bu sahəyə maraqlı olduqlarını və daha doğru çıxış etmələri üçün düzgün əlatələrdən istifadə etməyə maraqlı olduqlarınım şahidi oldum. Paneldən sonra burada iştirak edən gənclərlər daha yaxından söhbət etmə imkanım oldu. Hər birinin vətənpərvərlik hissləri yüksəkdir və hamısı ölkəsini ən gözəl formada təqdim etmək üçün əllərindəm gələni etməyə hazırdırlar".
Sonda Aliyə Cəlil bir daha diaspor gənclərini Azərbaycan həqiqətlərini məntiqlə və mütəşəkkil şəkildə təbliğ etməyə və bu istiqamətdə tövsiyələrini səsləndirməyə çağırış edib.