Dilan Polat barəsində yeni istintaq başladılıb

Dilan Polat barəsində yeni istintaq başladılıb
DÜNYA
01:36 26.07.2026
136
Çirkli pulların yuyulması ittihamı ilə həbs olunan və daha sonra məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılan Dilan Polat barəsində yeni araşdırmaya başlanıldığı bildirilib.

Məlumata görə, Polat daha əvvəl çirkli pulların yuyulması ilə bağlı istintaq çərçivəsində həyat yoldaşı Engin Polatla birlikdə həbs edilmişdi. Məhkəmə prosesi zamanı cütlük barəsində məhkəmə nəzarəti tədbirləri tətbiq olunaraq azadlığa buraxılmış, eyni zamanda onların xaricə çıxışına qadağa qoyulmuşdu.

Jurnalist Mustafa Kadir Mercanın yaydığı məlumata əsasən, Dilan Polat bu dəfə Bakırköy Baş Prokurorluğunun apardığı başqa bir istintaq çərçivəsində araşdırılır.

İddialara görə, yeni istintaq "kommersiya fəaliyyəti çərçivəsində dələduzluq” iddiası ilə bağlıdır.

Bakırköy Baş Prokurorluğundan verilən açıqlamada isə sosial mediada yayılan məlumatlarla bağlı istintaqın davam etdiyi bildirilib.

Açıqlamada qeyd olunub ki, Dilan Polatla bağlı dələduzluq iddiasına dair prokurorluğun müvafiq iş üzrə araşdırma tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR