Din xadimləri Şuşada Yuxarı Gövhər Ağa məscidində namaz qılıblar - FOTO

Din xadimləri Şuşada Yuxarı Gövhər Ağa məscidində namaz qılıblar - FOTO
SOSİAL
10:14 11.07.2021
449
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə və ölkədəki dini konfessiya rəhbərləri Şuşa şəhərinə səfəri davam edir.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, səfər iştirakçıları Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər, məsciddə Sübh namazı qılıb, dualar ediblər.

Qeyd edək ki, səfərdə QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə, idarənin Qazılar Şurasının üzvləri, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Milix Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Roma-Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete, Alban udi dini icmasının rəhbəri Robert Mobili, Pravoslav kilsəsinin nümayəndələri və Milli Məclisin deputatları iştirak edirlər.
 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR