Sağalmaz xəstəliyə düçar olan iki uşaq anası ölümündən bir neçə gün əvvəl noutbukun qarşısında duraraq kiçik kameraya həyatından və bəlasından bəhs edib.
O, danışmayıb - əlində tutulmuş kağız parçalarına yazdığı sözlərdən yararlanıb.ABŞ-ın Florida ştatındakı Keyp Korel şəhərinin sakini, 30 yaşlı Cennifer Conson dekabrın 17-də vəfat edib.Lakin onu unutmaq çətin, mümkünsüzdür. Çünki ölümünə az qaldığını anlayan, ağır ürək xəstəsi olan insanlara yardımlar edən, onların müalicə xərclərini ödəməyə çalışan Cennifer YouTube servisindəki akkauntunda yüklədiyi video, habelə yazdığı bloq vasitəsilə özü kimi insanlara köməyin artırılmasını istəyib.O, özünü yox, ağır ürək xəstələrini düşünərək belə etdi.Conson videosunda danışmır, sözlərlə həyatını nəql edir.Mariah Carey-nin "Hero" mahnısının sədaları altında 4 dəqiqə davam edən videodan bəlli olur ki, Cennifer hamiləliyinin 4-cü ayında, nişanlanmasının ertəsi günü ağır xəstə olduğunu anlayıb.Müayinə zamanı həkimlər Cenniferin ürəyində hipertrofik obstruktiv kardiomiopatiya olduğunu müəyyənləşdiriblər.Diaqnozdan bir qədər sonra Cenniferin ürəyinə kardiostimulyator yerləşdirildi. Aylar keçdi və həkimlər anladılar ki, stimulyatorun naqillərindən biri qopub. Bunun üçün yeni əməliyyat gərəkdi.Cenniferin əri, 3 yaşlı Miakla və 18 aylıq Malikayın atası Robert Consonun dediyinə görə, xanımı bu əməliyyatın çox riskli olduğunu bilirdi: "O, əməliyyatda ölə biləcəyini də anlayırdı. Biz ona ürək-dirək verməkdən, o bizi sakitləşdirir, gülür, zarafat edirdi. Amma güləndə belə, Cenniferin gözlərindəki qəmi, hər an gilələnməyə hazır göz yaşlarını görürdüm".Conlar əməliyyata hazırlaşdılar. Öz bildikləri, bacardıqları kimi.Dekabrın 14-də Cennifer açıq ürək əməliyyatına məruz qaldı.Və cərrahiyyə masasından qalxmadı."Cennifer ağır xəstəliyin qurbanı oldu. O, ürək xəstələrinin ölməməsini, yardıma ehtiyacı olanlara kömək edilməsini istəyirdi. Mənə də vəsiyyət etdi ki, ürək xəstələrinə yardım fondlarına kömək edim", - Robert deyir.... Videoda göz yaşlarını saxlamağa çalışan, kövrələn Cennifer kağızlardan birində yazılmış "Onları çox sevirəm" yazısını göstərəndə əlini vuran ürəyə "çevirir".Cenniferin ürəyi dayansa da, onun ailəsinin qəlblərində döyünür...
Milli.az