Dmitri Medvedev: Ukraynaya nüvə silahı verilərsə...

Dmitri Medvedev: Ukraynaya nüvə silahı verilərsə...
DÜNYA
16:24 24.02.2026
353
Dmitri Medvedev Böyük Britaniya və Fransa Ukraynaya nüvə bombası verərsə, Rusiya nüvə silahlarından istifadə edəcəyini deyib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini sosial media hesabında paylaşdığı açıqlamada London və Parisin Kiyevə nüvə silahı vermə ehtimalını dəyərləndirib. Medvedev vurğulayıb ki, müharibə aparan ölkəyə nüvə silahı verilməsi vəziyyəti kökündən dəyişə bilər.

O qeyd edib ki, "Əgər belə bir şey baş verərsə, Rusiya Ukraynada təhlükə yaradan hədəflərə qarşı strateji olmayan nüvə silahları da daxil olmaqla, bütün növ silahlardan istifadə etmək məcburiyyətində qalacaq. Lazım gələrsə, nüvə silahları Rusiya ilə nüvə müharibəsində iştirak edən təchizatçı ölkələrə qarşı da istifadə ediləcək. Buna şübhə olmamalıdır. Rusiyanın bu şəkildə cavab vermək hüququ var.”

Bundan əvvəl Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) Böyük Britaniya və Fransanın Ukraynaya nüvə bombası verməyi planlaşdırdığı barədə iddia irəli sürmüşdü.

Dmitri Peskov isə jurnalistlərə açıqlamasında belə bir ssenarinin son dərəcə təhlükəli olduğunu bildirib və Ukrayna böhranının həlli prosesində bu məsələnin nəzərə alınacağını vurğulayıb.
OXŞAR XƏBƏRLƏR