Dolların məzənnəsi son üç ilin minimumuna düşdü

Dolların məzənnəsi son üç ilin minimumuna düşdü
İQTİSADİYYAT
20:17 24.01.2018
2519

Dolların məzənnəsi altı aparıcı valyuta səbətinə qarşı 2014-cü ildəki minimuma düşüb. 

DXY indeksi 0,5 faiz ucuzlaşaraq 89,666-ya enib. ABŞ valyutası avroya nisbətdə 0,32, funt sterlinqə nisbətdə isə 0,68 faiz ucuzlaşıb. Yapon yeni dollara nisbətdə 0,61  faiz dəyər qazanıb. 

Dolların dəyərdən düşməsinə təsir edən amillərdən başlıcası ABŞ maliyyə naziri Stiv Mnuçinanın valyutanın zəifləməsinin onu narahat etmədiyini söyləməsi olub. O bildirib ki, ABŞ höküməti hazırkı məqamda dolların zəif olmasında maraqlıdır. 

oxu.az

OXŞAR XƏBƏRLƏR