Dünya çempionatının təşkilatçıları Lənkəranda oldular

İDMAN
17:20 29.01.2012
1545

Azərbaycanda keçiriləcək 17 yaşlı qızlar arasında futbol üzrə 2012-ci il dünya çempionatının təşkilat komitəsinin nümayəndələri Lənkəranda olublar.

AZXEBER.COM-un məlumatına görə, çempionatın oyunlarını qəbul edəcək arenalardan biri olan “Xəzər Lənkəran” Mərkəzi Stadionuna baş çəkən komitə üzvləri stadionun infrastrukturunun hazırkı durumu ilə tanış olublar.

İstər milli, istər klub səviyyəsində beynəlxalq rəsmi oyunları qəbul etmək təcrübəsi olan stadionun müxtəlif əraziləri qonaqlar tərəfindən nəzərdən keçirilib. Media, marketinq, konüllülər, qonaqlarla iş kimi müxtəlif sahələrə cavabdeh olan nümayəndələr baxışın nəticəsi olaraq hesabatlar hazırlayıb. Mötəbər yarışla bağlı edilməli olan zəruri dəyişikliklər stadion rəhbərliyinin diqqətinə çatdırılıb.

Qeyd edək ki, 17 yaşlı qızlar arasında futbol üzrə dünya çempionatı 22 sentyabr – 13 oktyabr 2012-ci il tarixlərdə ölkəmizdə keçiriləcək.

Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR