Məşhur hind musiqiçisi Ravi Şankar 92 yaşında ABŞ-ın Kaliforniya ştatının San-Dieqo klinikasında vəfat edib.AZXEBER.COM-un Rusiya mətbuatına istinadən xəbər verir ki, nəfəs almaqda çətinlikləri yaranan sitara virtuozu keçən həftədən xəstəxanada yatırdı.“Ürək ağrısı ilə sizə çatdırırıq ki, Ravi Şankar bu gün bizi tərk etdi”, - bəstəkarın ailə üzvlərinin birgə açıqlamasında deyilir.Ravi Şankar 1920-ci ildə Varanasidə anadan olub. Onun hesabına klassik hind musiqisi bütün dünyada yayılıb. Bundan əlavə, 18 yaşına qədər rəqslə məşğul olan Ravi Şankar qərb musiqiçilərinə ciddi təsir göstərib. Bunun ən parlaq nümunəsi “The Beatles” qrupudur. Qrupun məşhur gitaraçısı Corc Harrison Ravi Şankarın şagirdi olub və ondan sitarada ifa etmə dərsləri alıb. Corc Harrison hind musiqiçini “dünya musiqisinin xaç atası” adlandırırdı.