Son günlərin ən çox müzakirə edilən mövzularından biri də “Marduk” adlı planetin kim tərəfindən kəşf edilməsi olub. AZXEBER.COM portalının “Milliyet”ə istinadən verdiyi xəbərə görə, 1983-cü ildə ikinci bir günəş sisteminin var olub-olmadığını görmək üçün NASA “IRAS” adlı peyki kosmasa göndərib. Araşdırmalar nəticəsində belə bir planetin olması təsdiqni tapıb. Hətta 1983-cü ilin 21 dekabr tarixində “Vaşinqton Post” qəzetinin birinci səhifəsində "Sirrli Bir Göy Cismi Kəşf edildi" başlıqlı xəbər də dərc edilib. Ancaq bir sıra mənbələr bu planeti əslində 1983-cü ildən 7 il öncə əslən azərbaycanlı olan Zəkəriyyə Sidqinin kəşf etdiyini söyləyir. Belə ki, azərbaycanlı alim 1976-cı ildə nəşr etdiyi “12-ci planet” adlı kitabında hər 3600 ildən bir “Marduk” planetinin meydana çıxdığını və onun günəşlə eyni enerjiyə bərabər olduğunu qeyd edib. Azərbaycanlı alim hətta öz kitabında bu planetin 2012-ci ildə özünü daha çox hiss etdirəcəyini də vurğulayıb. Artıq ABŞ-da bununla bağlı yeni araşdırmalar aparılır və planetin kəşfinin Zəkəriyyə Sidqinin adı ilə bağlanılması üçün işlər görülür.