Elmi araşdırma göstərib ki, son 30 ildə dünyada 50 yaşdan kiçik insanlarda xərçəngə tutulma halları təxminən 80 faiz artıb.
AZXEBER.COM xarici araşdırmaya istinadən xəbər verir ki, erkən başlayan (50 yaşdan aşağı) xərçəngin qlobal halları 1990-cı ildəki 1.82 milyondan 2019-cu ildə 79 faiz artaraq 3.26 milyona yüksəlib. Bu dövrdə 40, 30 və daha gənc yaşlılar arasında xərçəngdən ölüm nisbəti 27 faiz artıb.
2019-cu ildə 50 yaşa qədər 1.6 milyon insan xərçəngdən ölüb, bu, 1990-cı illə müqayisədə 27 faiz artım kimi qeydə alınıb.
Mütəxəssislər halların artmasının səbəblərini müəyyən etmək üçün erkən mərhələdədirlər, lakin nəticələri BMJ Oncology jurnalında dərc olunan araşdırmaya görə, düzgün olmayan qidalanma, alkoqol və tütün istifadəsi, həmçinin hərəkətsizlik və piylənmə səbəb ola biləcək amillərdəndir.
Tədqiqatın hesabatında deyilir:
"Sağlam pəhrizin təşviqi, tütün və alkoqol istehlakının məhdudlaşdırılması və sağlam həyat tərzinin təşviqi, o cümlədən müvafiq açıq hava fəaliyyəti, erkən başlanğıc xərçəng yükünü azalda bilər".