Dünyada ilk: Rusiyanın Ukraynaya etdiklərini "soyqırımı" kimi tanıdılar

Dünyada ilk: Rusiyanın Ukraynaya etdiklərini "soyqırımı" kimi tanıdılar
DÜNYA
17:01 10.05.2022
601
Litva parlamenti Rusiyanın Ukraynaya qarşı müharibəsini "soyqırımı” kimi tanımaq qərarına gəlib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə Litva Milli Radio və Televiziyası (LRT) məlumat yayıb.
 
Məlumata görə, 128 lehinə səslə qəbul edilən qətnamədə Rusiyanın hərbi qüvvələri və muzdlularının Ukrayna ərazisində, xüsusilə Buça, İrpen, Mariupol, Borodyanka və Hostomeldə "kollektiv müharibə cinayətləri” törətdiyinə diqqət çəkilib.
 
Qətnamədə Rusiya qüvvələrinin Ukraynaya qarşı apardığı genişmiqyaslı müharibənin Ukrayna xalqına qarşı "soyqırımı” kimi qiymətləndirildiyi bildirilib.
 
Belə ki, bütün günahkarların cavab verməsi və beynəlxalq ictimaiyyətin Rusiyanın cinayətlərini araşdırmaq üçün Xüsusi Beynəlxalq Cinayət Məhkəməsi qurması lazım olduğu vurğulanan qərarda "Rus hərbi qüvvələri qəsdən və sistemli şəkildə mülki ünsürləri hədəfə alır və hərbi əməliyyatları dəstəkləyən, tətbiq edən bir terrorist dövlət kimi qələmə verilib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR