Koronavirusun JN1 variantı bütün dünyada sürətlə yayılmağa başlayıb.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, COVID 19-un yeni ağır mutasiyaya uğramış variantı olan JN1-in simptomlarına boğaz ağrısı, baş ağrısı, qızdırma və burun tutulması daxildir.
JN1 VARİANTı NƏDİR?
JN1 ilk dəfə 2023-cü ilin avqustunda qeydə alınıb və ÜST-ə görə indiyədək ən azı 41 ölkəyə yayılıb. CDC virusun ilk dəfə sentyabr ayında ABŞ-da aşkar edildiyini açıqlayıb.
Digər yeni variantlar kimi JN1-in də Omikron ailəsinin bir hissəsi olduğu bilinir.
JN1-İN ƏLAMƏTLƏRİ HANSILARDIR?
JN1 variantı və digər variantlar arasında genetik oxşarlıqların olduğu düşünülür.
JN1 simptomları aşağıdakılardır;
Boğaz ağrısı
Burun axması
Öskürək
Baş ağrısı
Əzələ ağrıları
Qızdırma və ya titrəmə
Dad və ya qoxu hissi itkisi
Xatırladılıb ki, hazırkı Covid-19 vaksinləri JN.1 və SARS-CoV-2-nin digər dövriyyədə olan variantlarının səbəb olduğu ciddi xəstəlik və ölümdən qorumağa davam edir.
Açıqlamada infeksiyalara və ciddi xəstəliklərə qarşı tədbir görülməsinə çağırış edilib və ehtiyat tədbirləri arasında insanların sıx olduğu, qapalı və ya zəif havalandırılan yerlərdə maska taxmaq, mümkün qədər təhlükəsiz məsafə saxlamaq, əlləri mütəmadi olaraq yumaq, yeniliklərdən xəbərdar olmaq daxildir. Ağır xəstəlik riski yüksək olanlar üçün Covid-19 və qripə qarşı peyvəndlər, Xəstəliyin simptomları olanlar üçün isə testlər daxil edilib.
Mikayıl