Dünyanın ən bahalı fotosu

MARAQLI
00:26 15.11.2011
1364

Almaniyalı rəssam-fotoqraf Andreas Qurskinin 1999-cu ildə çəkdiyi “2-ci Reyn” adlı foto ən baha satılan foto kimi tarixə düşüb. Nyu-York hərracında satışa çıxarılan Reyn çayının mənzərəli foto görüntüsü nə az, nə çox, düz 4,3 milyon dollara satılaraq, öz foto kolleksiyaları ilə məşhurlaşmış Sindi Şermanın rekordunu qırıb. Qeyd edəki, 57 yaşlı amerikalı fotoqraf Sindi Şermanın 1981-ci ildə çəkdiyi foto 3,9 milyon dollara satılmışdı. Yeni dünya rekordu vurmuş “2-ci Reyn” şəklinin fotoqrafı Qurski Reyn çayını gəzərkən bir neçə il əvvəl bundan daha gözəl mənzərəni aşkar etdiyi bildirib. Həmin görüntü standard rəsm və foto çərçivələrinə sığmadığından, o məhz bu fotonu çəkdiyini deyib.

OXŞAR XƏBƏRLƏR