Yaponiyalı dizayner Qinza Tanaka qızıl məmulatlarından və bahalı melal və daş-qaşlardan qeyri-adi əşyalar düzəldir.AZXEBER.COM-un məlumatına görə, yapon qadın özünün öz bahalı icadını edib. Belə ki, o, 2.4 metr uzunluğunda və 12 kiloqram çəkisi olan, ümumi dəyəri isə 2 milyon dollar olan yolka yaradıb. Bayram yolkalarla qızıl ürək formasında olan bəzəklərlə bəzədilib.Tanakanın yaratdıqları mağazalarda olduqca az qalır. Belə ki, onun bahalı oyuncaqları olduqca baha və ağlasılmaz pullara satılır. Bundan öncə onun yaratdığı 24 karat qızıldan olan at oyuncağını imperator Akixitonun ailəsi öz yeni doğulan körpəsinə alıb.