Dünyanın ən çox qazanan müğənnilərinin reytinqi açıqlandı
MAQAZİN
08:24 13.12.2012
1872
Amerikanın “Forbs” jurnalı dünyanın ən çox qazanan müğənnilərinin illik reytinqini açıqlayıb.AZXEBER.COM-un məlumatına görə, siyahıya ötən ilin mayından bu ilin mayınadək 58 milyon dollar qazanan Britni Spirs başçılıq edir. Ona əsas gəliri son albomu “Femme Fatale”nin satışından, eyniadlı dünyası turnesindən, eləcə də reklam çəkilişləri və öz ətirlərindən gəlib. Bundan başqa, Britni Spirs məşhur “The X Factor” musiqi şousundan münsifdir və ildə 15 milyon dollar alacaq.Reytinqin ikinci pilləsində illik 57 milyon dollar qazanan 22 yaşlı kantri ifaçısı Teylor Sviftdir. O, əsasən hər konsertə görə 1 milyon dollardan çox aldığı qastrollardan, yeni “Red” albomundan, eləcə də, “Cover Girl” kosmetika şirkəti ilə reklam müqaviləsindən gəlir əldə edib.Liderlərin ilk “üslüy”ündə 24 yaşlı pop ulduhu Rihanna da var. O, 53 milyon dollar qazanıb.