Dünyanın ən qeyri-adi bədənə malik qadını - FOTOLAR

Dünyanın ən qeyri-adi bədənə malik qadını - FOTOLAR
MARAQLI
13:45 26.08.2013
26599

İsobel Varley döymələrini göstərərkən utanmır.

Təxminən 20 ilini bədəninə döymə etdirərək yaşayıb. O, bu mövzuda rəqib tanımadığını deyir,  adını isə çoxdan “Ginnesin rekordlar kitabı”na yazdırıb. Dünyanın ən çox döyməyə sahib olan qadını sifətini də başdan-başa döymə etdirib. İngiltərədə yaşayan və ilk döyməsini 1986-cı ildə etdirən qadın, döymələrinə görə bir an belə peşmanlıq duymadığını deyir: “İlk dəfə bir döymə sərgisinə getmişdim. İnsanların etdirdiyi döymələr qarşısında sanki ovsunlandım. Oradakı hər kəsin döyməsi vardı və bu mənim üçün böyük bir sürpriz idi. İlk döyməmi 49 yaşında olarkən etdirdim. Əslində yalnız bir dəfə etdirəcəkdim, o da kiçik bir quş olmalı idi. Bədənimə döymə ediləndə huşumu itirmişdim. Amma sonralar məndə döymə tutqusu yarandı, o mənim üçün bir ehtiras, asılılıq dərəcəsində bir xəstəlik oldu” O gündən bu yana saysız döymə etdirən Varley ayaq barmaqlarından başına qədər bütün bədənini döymə etdirməklə bütünlüklə rənglərlə və naxışlarla bəzəkli bir qadın olub. //teleqraf.com

 

OXŞAR XƏBƏRLƏR