Uzun müddətdir boyuna uyğun qız tapa bilməməkdən şikayətlənən dünyanın ən uzun adamı, nəhayət ki, arzusuna çatıb.
2 metr 51 santimetr uzunluğunda boyu ilə Ginnes Rekordlar Kitabına adını yazdıran Türkiyə vətəndaşı Sultan Kösən oktyabrın sonlarında evlənməyə hazırlaşır. Mardin sakini əslən Suriyadan olan 20 yaşlı Mərve Dibo adlı qızla nişanlanıb. Dünyanın ən uzun adamı nişanlısının boyunun neçə santimetr olduğunu isə hələlik açıqlamaqdan imtina edib.
