Beynəlxalq Valyuta Fondu (BVF) ötən ilin ən varlı dövlətini müəyyənləşdirib. ANS PRESS-in “The Global Post” nəşrinə istinadən verdiyi məlumata görə, Qətərdə adambaşına düşən Ümumi Daxili Məhsul (ÜDM) 88222 dollar təşkil edib ki, bu göstərici də digər ölkələrdən üstündür. Dünyanın ikinci ən varlı dövləti ünvanına isə Lüksemburq sahib çıxıb.Lüksemburqda adambaşına düşən ÜDM 81466 dollar təşkil edir. Dünyanın ən varlı dövləti seçilən Qətər ən güclü iqtisadiyyata malik ABŞ-ı adambaşına düşən ÜDM-ə görə demək olar ki, iki dəfə üstələyib.Qeyd edək ki, ABŞ-da adambaşına düşən ÜDM 46860 dollar təşkil edir. BVF-nin hesablamalarına görə, 2016-cı ilədək Qətərdə ÜDM 111963 dollara çatacaq ki, bu göstərici ilə ərəb dövləti dünyanın ən varlı dövləti ünvanını əlində saxlamış olacaq.