Milli Məclisin plenar iclasında Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il üçün büdcəsi təsdiq olunub.
AZXEBER.COM xəbər verir ki, fondun gəlirləri və xərcləri hər biri 2 mlrd. 928,5 manat həcmində təsdiqlənib.
Millət vəkilləri 2014-cü ildə yaşayış minimumunun 125 manat olması, ehtiyac meyarının 100 manat olmasını təsdiqləyiblər.
Yaşayış minimumu əhalinin əməkqabiliyyətli hissəsi üçün 136 manat, uşaq və pensiyaçılar üçün 103 manat olacaq.