Döyüşlərdə əsir götürülən olub?- AÇIQLAMA

SOSİAL
12:37 09.04.2016
4366
Aprelin 2-4-də Dağlıq Qarabağ münaqişəsi zonasında, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gedən qızğın döyüşlərdən sonra Azərbaycan və Ermənistan tərəfdə hərbi əsirlərin olmasına dair məlumat yoxdur.
Bununla bağlı milli.az-ın sorğusuna cavab olaraq Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib ki, hələ ki, son döyüşlərdən sonra BQXK-ya tərəflərdən hərbi əsirlərlə bağlı müraciətlərin daxil olmasına dair məlumat yoxdur.
Qeyd edək ki, tərəflər də özlərində hər hansı hərbi əsirin olması barədə heç bir rəsmi məlumat verməyiblər.

OXŞAR XƏBƏRLƏR