Əbülfəs Qarayev teatrları tənqid etdi

MƏDƏNİYYƏT
14:08 27.12.2013
1191

Teatrların fəaliyyətində bir neçə məsələ var ki, bu məni ciddi narahat edir.

AZXEBER.COM xəbər verir ki, bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayevkollegiya iclasında qeyd edib.Nazir teatrların iş cədvəli, teatrların, musiqi kollektivlərinin repertuarından narazı olduğunu bildirib. Onun sözlərinə görə, teatrların bəziləri həftədə iki dəfə tamaşa qoyurlar, uşaqlar üçün isə tamaşa göstərilmir:“Dəfələrlə demişəm ki, teatr kollektivləri bu məsələlərə diqqət yetirməlidir. Teatrların bəzən repertuarına aşağı səviyyəli tamaşalar, dram əsərləri komediyalar daxil edilir”.

OXŞAR XƏBƏRLƏR