Əfqanıstanda leysan yağışları can aldı

Əfqanıstanda leysan yağışları can aldı
DÜNYA
15:48 05.08.2024
122
Əfqanıstanda baş verən daşqınlar ən azı 10 nəfər ölüb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Əfqanıstanın cənubundakı Zabul əyalətində daşqınlara səbəb olan güclü yağışlar nəticəsində azı 10 nəfər ölüb. Bildirilib ki, daşqınlar kənd təsərrüfatı sahələrini, yaşayış evlərini və mal-qaranı da su altında qoyub.

Əyalət polisinin sözçüsü Zabihullah Cövhər verdiyi açıqlamada daşqınların vilayətin Şinkay bölgəsinin böyük bir hissəsi ilə yanaşı, vilayətin mərkəzi Kalat şəhərinin də təsirləndiyini bildirib.

Rəsmi qurumlardan verilən ilkin məlumata görə, ölənlər arasında bir qadın və üç uşaq var, bir nəfər isə yaralanıb.

Qeyd edək ki, iyul ayında ölkənin şərqindəki Nanqarhar əyalətində baş verən fırtına və daşqınlarda 40-dan çox adam ölüb, təxminən 350 nəfər xəsarət alıb.
 
Gülay
OXŞAR XƏBƏRLƏR