Dünyanın aparıcı araşdırma şirkətlərindənolan TNS Globalın apardığı rəy sorğusu Azərbaycan əhalisinin 95%-nin Bakı şəhərinin 2020 Olimpiya və Paralimpiya Oyunlarına Ev Sahibliyi üçün namizədliyini dəstəklədiyini aşkar etdi.
Gənclər və İdman nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, 2011-ci ilin dekabrında keçirilənrəysorğusunun nəticələrinə əsasən ölkə əhalisinin 93%- i Olimpiya Oyunlarının Bakıda keçirilməsininAzərbaycanda idmanın inkişafına güclü təkan verəcəyinə inanır.
Sorğuda iştirak edən Bakı, Gəncə və Sumqayıt şəhər sakinlərinin 50%- i Olimpiya Oyunlarının Bakıda keçiriləcəyi təqdirdə oyunları seyr etmək üçün bilet alacaqlarını, həmçinin, 30% iştirakçı isə Olimpiya Oyunlarının paytaxtımızda uğurlu təşkili üçün könüllü olaraq müxtəlif işlərə dəstək olmağa hazır olduqlarını bildiriblər.
Aparılmış sorğuya münasibətini bildirən Bakı-2020 Təşkilat Qrupunun İcraçı Direktoru Könül Nurullayevanın fikrincəSorğunun nəticələri Təşkilat Qrupunun fikrinibir daha təsdiq edir“Ölkə Prezidentindən tutmuş məktəbdəki şagirdlərədək əhalimiz yekdilliklə Bakının Olimpiya oyunlarına namizədliyini dəstəkləyir. Paytaxtımızın namizədliyi üçün Milli Olimpiya Komitəmiz, müxtəlif idman federasiyaları və geniş ictimaiyyət də böyük səylər ortaya qoyurlar.”
Paytaxtın 2020 Olimpiya və Paralimpiya Oyunlarına Ev Sahibliyi etmək istəməsinin səbəblərinə də toxunan Könül Nurullayeva əlavə etdi ki,“Bizim məqsədimiz yalnız Olimpiya Oyunlarının dünyanın ən möhtəşəm tədbiri kimi Bakıda keçirilməsi deyil. Olimpiya məşəlinin 2020-ci ildə ilk dəfə olaraq Bakıya gətirilməsi ölkəmizə özünün böyük idman potensialını həyata keçirmək, Azərbaycanda idmanın və həmçinin cəmiyyətin də inkişafına böyük təkan vermiş olar.
Azərbaycanın çox gənc əhalisi var. Əhalimizin 50%-dən çoxu 30 yaşdan cavandır. Olimpiya Oyunları vasitəsilə biz hamımız milyonlarla gənc kişi və qadın idmançılarımızın uğurlarını artıra bilərik,komanda oyunlarının inkişafını gücləndirə və yeni idman növləriniAzərbaycana gətirərik. Ev sahibliyinə namizədliyimiz uğurlu olarsa, biz Olimpizm dəyərlərini bütün regiona yaymış olarıq, və beləliklə idman cəmiyyətimizin inkişafında mühüm rol oynayar”