Əhəd Abıyev yenə müavinini döydü - FOTO

Əhəd Abıyev yenə müavinini döydü - FOTO
SOSİAL
15:44 17.03.2017
3569
Martın 16-da Daşkəsən şəhərinin Heydər Əliyev meydanında Novruz bayramı ilə bağlı rayon sakinlərinin iştirakı ilə bayram tədbiri keçirilib.
 
AZXEBER.COM Daşkəsən rayon İcra Hakimiyyətinin saytına istinadən xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev tədbirdə təbrik nitqi söyləyib. O, çıxışında hər kəsi bayramı münasibətilə təbrik edib: "Sevindirici haldır ki, bu gün həm də Daşkəsən şəhərinin salınmasının 69-cu ildönümü gününə təsadüf edir. Novruz bayramı Azərbaycanın digər bayramlarından ona görə seçilir ki, təbiətdən gəlmiş bayramdır, eyni zamanda da vətəndaşların maddi vəziyyətindən asılı olmayaraq, hər bir insan onu sevinc hissi ilə qeyd edir. Ümummilli Lider Heydər Əliyev Novruz bayramı haqqında danışarkən demişdir: "Novruz bayramı insanlarda həmişə xoş əhval-ruhiyyə yaradır, milli ruhu yüksəldir, vətənpərvərlik hissiyyatlarını daha da möhkəmləndirir və hər bir insanı Vətəninə, millətinə, ölkəsinə, doğma dövlətinə daha da sadiq olmağa dəvət edir. Ona görə də bu bayram Azərbaycanın dövlət müstəqilliyinin və milli azadlığının rəmzidir”. Ölkəmizdə çox sevilən bu günün bayram edilməsi əsrlərdən bəri qoruyub saxladığımız gözəl adət-ənənələrimizin əbədi yaşamasının parlaq nümunəsidir”.
 
Ə.Abıyev daha sonra deyib: "Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində təbii sərvətlərlə zəngin Daşkəsənimiz də son illərdə özünün sürətli inkişaf dövrünə qədəm qoymuşdur. Bu illər ərzində Daşkəsənin sosial-iqtisadi, mədəni siması tamamilə dəyişmişdir. 2014-cü ilin oktyabr ayında möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Daşkəsənə unudulmaz tarixi səfəri rayonumuzun sürətli sosial-iqtisadi inkişafının parlaq təzahürü olmuşdur. Bu xoş əhval-ruhiyyəli bayram günündə Möhtərəm Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya bütün Daşkəsən ictimaiyyəti və şəxsən öz adımdan yüksək ehtiramımızı, sədaqət və inamımızı, göstərdikləri diqqət və qayğıya görə dərin minnətdarlığımızı bildiririk”.
 
Ə.Abıyev təbrik nitqindən sonra ümumrayon tədbirində nümayiş etdirilən el sənəti və milli mətbəx nümunələrinə baxış keçirib. Rayonun Heydər Əliyev meydanında keçirilən ümumrayon şənliyi el aşıqları, musiqiçilərin ifaları və idmançıların müxtəlif idman nömrələri və rəngarəng əyləncəli proqramları ilə davam etdirilib. Daha sonra bayram tədbiri rayon ərazisində yerləşən ən müasir tipli yeni tikilmiş "N” saylı hərbi hissədə əsgər və zabitlərlə birgə yüksək səviyyədə davam etdirilib. Əhəd Abıyev və rayon ictimaiyyəti bu bayram tədbirində iştirak edib, gətirdikləri hədiyyələri və bayram sovqatlarını əsgərlərə veriblər. Əhəd Abıyev hər il olduğu kimi, bu il də bayram münasibəti ilə təşkil edilən şənlikdə boks rinqində öz məharətini göstərib.
 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Avropa Şurası üzv ölkələri İsrailə silah ixracatından çəkindirib
19:52 12.08.2025
Avropa Şurası üzv ölkələri İsrailə silah ixracatından çəkindirib
İsveçrə Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib
19:42 12.08.2025
İsveçrə Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib
Belarus və Rusiya birgə təlimlər keçirəcək
19:31 12.08.2025
Belarus və Rusiya birgə təlimlər keçirəcək
Səudiyyə Ərəbistanı İsrailin Qəzza zolağında hərbi əməliyyatları genişləndirmək qərarını pisləyib
19:10 12.08.2025
Səudiyyə Ərəbistanı İsrailin Qəzza zolağında hərbi əməliyyatları genişləndirmək qərarını pisləyib
"Sabah"ın rəqibi gənc futbolçusu ilə peşəkar müqavilə imzalayıb
18:59 12.08.2025
"Sabah"ın rəqibi gənc futbolçusu ilə peşəkar müqavilə imzalayıb
Baş nazir Rusiyanı Kiyev və Varşavanı qarşı-qarşıya qoymağa cəhddə ittiham edib
18:40 12.08.2025
Baş nazir Rusiyanı Kiyev və Varşavanı qarşı-qarşıya qoymağa cəhddə ittiham edib
Almaniya çempionu olmuş hücumçu İspaniyada klubunu dəyişib
18:27 12.08.2025
Almaniya çempionu olmuş hücumçu İspaniyada klubunu dəyişib
Rusiya və Aİ-nin bacarmadığını Tramp reallaşdırdı - alman politoloq
17:53 12.08.2025
Rusiya və Aİ-nin bacarmadığını Tramp reallaşdırdı - alman politoloq
Ərdoğan ilə Zelenski arasında telefon danışığı oldu
17:50 12.08.2025
Ərdoğan ilə Zelenski arasında telefon danışığı oldu
ABŞ-də inflyasiya rəqəmləri açıqlandı
17:43 12.08.2025
ABŞ-də inflyasiya rəqəmləri açıqlandı
Azərbaycanda ilin ilk yeddi ayında 40-a yaxın insanı çaqqal dişləyib
17:39 12.08.2025
Azərbaycanda ilin ilk yeddi ayında 40-a yaxın insanı çaqqal dişləyib
İran vitse-prezidenti: Münasib şərtlər altında ABŞ-la birbaşa danışıqlar apara bilərik
17:31 12.08.2025
İran vitse-prezidenti: Münasib şərtlər altında ABŞ-la birbaşa danışıqlar apara bilərik
Fransa səfirliyindən uşaqları əllərindən alınan ailə ilə bağlı - Açıqlama
17:17 12.08.2025
Fransa səfirliyindən uşaqları əllərindən alınan ailə ilə bağlı - Açıqlama
Rusiya və Fransa Vaşinqton görüşündən niyə narahatdır? - AÇIQLAMA
17:00 12.08.2025
Rusiya və Fransa Vaşinqton görüşündən niyə narahatdır? - AÇIQLAMA
Saleh Məmmədov idarə rəisini işdən çıxardı
17:00 12.08.2025
Saleh Məmmədov idarə rəisini işdən çıxardı
Çempionlar Liqası: "Qarabağ" - "Şkendiya" oyununa 25 min bilet satılıb
16:53 12.08.2025
Çempionlar Liqası: "Qarabağ" - "Şkendiya" oyununa 25 min bilet satılıb