Əhliman Əmiraslanov: “Azərbaycan-Gürcüstan-Türkiyə arasında əlaqələr möhkəm təməl üzərində qurulub”

Əhliman Əmiraslanov: “Azərbaycan-Gürcüstan-Türkiyə arasında əlaqələr möhkəm təməl üzərində qurulub”
SOSİAL
14:03 21.09.2020
370
Əhliman Əmiraslanov,
Milli Məclisin deputatı, Səhiyyə Komitəsinin sədri 

  
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda "Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimdən sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibə verərkən bildirdi ki, "Gürcüstan özünü çox etibarlı tərəfdaş kimi apardı. Ona görə mən Gürcüstan hökumətinə təşəkkürümü bildirirəm. Deyə bilərəm ki, Gürcüstan hökumətinin simasında biz etibarlı tərəfdaş və dost görürük.
 
Məlum olduğu kimi Cənubi Qafqaz regionunun Azərbaycana ən yaxın müttəfiqi olan Gürcüstanla əlaqələri çox qədim tarixə dayanır. Bu tarixilik faktoru, eləcə də SSRİ-nin süqutundan sonra hər iki ölkənin daxili və xarici siyasətdə oxşar vəziyyəti, müvafiq geosiyasi maraqlar Azərbaycan-Gürcüstan münasibətlərinin yaranması və bu günə kimi inkişafına zəmin yaratmışdır.
 
Bu gün Azərbaycan-Gürcüstan münasibətləri artıq strateji əməkdaşlıq səviyyəsində öz inkişafını davam etdirir. Bu əməkdaşlığın əsası məlum olduğu kimi, 1996-cı ildə Ümummilli lider Heydər Əliyevin Gürcüstana rəsmi səfəri zamanı imzalanmış sənədlərdir. Bu gün də bu əməkdaşlıq Ulu Öndərin layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gürcüstan ölkəmiz tərəfindən həyata keçirilən irimiqyaslı beynəlxalq iqtisadi layihələrin fəal iştirakçısı kimi Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRASEKA, "Şahdəniz-2” , Baki-Tbilisi-Qars dəmir yolu layihəsi kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələrində təmsil olunur və özünü etibarlı tərəfdaş kimi nümayiş etdirir. Təbii ki, bu münasibətlər yalnız iqtisadi sahə ilə məhdudlaşmır.
 
GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində çoxtərəfli münasibətlər də ikitərəfli strateji əməkdaşlığın inkişafına kömək olmuşdur. Son 28 ildə iki ölkə arasında 100-dən çox hüquqi sənəd imzalanıb. Bizim bir sıra ortaq dəyərlərimiz var. Milli mətbəximizdə, mədəniyyətimizdə, incəsənətimizdə çoxlu oxşarlıqlar mövcuddur. Ölkələrimizi tarixi dostluq, mehriban qonşuluq əlaqələrinin birləşdirdiyini, siyasi münasibətlərin yüksək səviyyədə ikitərəfli və şoxtərəfli əməkdaşlıq, 1997-ci ildə Azərbaycan-Gürcüstan arasında imzalanan strateji tərəfdaşlıq haqqında Sazişi daha da gücləndirir və strateji əlaqələrimizi möhkəmləndirir.
 
Qürur hissi ilə deyə bilərik ki, bu uğurlarımız təkcə Azərbaycan və gürcü xalqlarının deyil, dünya xalqlarının sosial rifah halının yaxşılaşmasına, dövlətlərinin sabitliyinə, təhlükəsizliyinə xidmət edir. Bu, həm də bizim dostluğumuzun, qardaşlığmızın nümunəsidir. Onu da vurğulamaq lazımdır ki, regionda iki dövlət arasında olan siyasi, iqtisadi, tarixi-etnik əlaqələrin yüksək səviyyədə və strateji qurulması, digər müttəfiq ölkələrlə, xüsusilə qardaş Türkiyə dövləti ilə çoxtərəfli çərçivələr daxilində əməkdaşlığa gətirib çıxarmışdır. Bu isə bəzi qonşu dövlətləri, o cümlədən Ermənistanı narahat etməyə bilmir. Bu baxımdan Ermənistan "diplomatiyası”, xüsusi xidmət orqanları daima çalışırlar ki, dövlətlərimiz arasında olan bu cür dostluq və strateji əməkdaşlığımza öz məkrli planları ilə zərər yetirsinlər.
 
Ancaq bu məsələyə cənab prezident İlham Əliyev telekanallara müsahibə verərkən çox məntiqli olaraq bildirdi ki, "O da həqiqətdir ki, Ermənistan və Gürcüstanda yaşayan ermənilər, eyni zamanda, gürcü familiyaları altında gizlənən etnik ermənilər hər vəchlə çalışırlar ki, Gürcüstan-Azərbaycan əlaqələrinə zərbə vursunlar.
 
Gürcüstanda keçən il baş vermiş bəzi təxribat xarakterli hadisələrin mənbəyi də dünya erməniliyidir. Onların əsas məqsədi Gürcüstan-Azərbaycan əlaqələrini pozmaqdır. Amma buna nail olmayacaqlar. Çünki yenə də deyirəm, biz etibarlı tərəfdaşıq və bütün məsələləri açıq şəkildə müzakirə edirik. Azərbaycan hər zaman Gürcüstanın yanında olub. Mən indi bu tarixi faktları sadalamaq istəmirəm. Ancaq Azərbaycan hər zaman Gürcüstanda inkişafın, rifahın, sabitliyin tərəfdarı olubdur. Azərbaycan isə bütün dövrlərdə Gürcüstanın yanında olub.
 
Bütün beynəlxalq təşkilatlarda Gürcüstanın ərazi bütövlüyü ilə əlaqədar birmənalı mövqe göstərib və göstərəcəkdir. Fərq bundadır.
 
Əlbəttə, bu gün Gürcüstan xalqı hesab edirəm ki, yaxşı bilir kim onun dostudur, kim onun düşmənidir.”
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
14:17 16.09.2025
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
14:13 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
14:12 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
13:51 16.09.2025
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
13:41 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
13:38 16.09.2025
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
13:36 16.09.2025
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
Sentyabrın 21-də Günəş tutulması olacaq
13:30 16.09.2025
Sentyabrın 21-də Günəş tutulması olacaq
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
13:20 16.09.2025
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
13:07 16.09.2025
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
12:52 16.09.2025
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
12:48 16.09.2025
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
12:45 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
12:22 16.09.2025
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
Nazpəri Dostəliyeva: Onun məzarına  gəlməyi özümə borc bildim
12:14 16.09.2025
Nazpəri Dostəliyeva: Onun məzarına gəlməyi özümə borc bildim
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
12:10 16.09.2025
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"