Əhməd Davudoğlu İrəvanda Türkiyənin “Qarabağ şərti”ni açıqalayacaq

SİYASƏT
12:11 09.12.2013
1035

İrəvana səfər edəcək Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ölkəsinin Ermənistanla sərhədləri açmaqla bağlı şərtlərini rəsmən irəli sürəcək.

AZXEBER.COM “Akşam” qəzetinə istinadən xəbər verir ki, Ə.Davudoğlunun İrəvanda Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ ətrafındakı 7 rayondan ən azı 2-nin azad olunmasının qarşılığında bu ölkə ilə sərhədləri aça biləcəyinə dair Ankaranın təklifini diqqətə çatdıracağı gözlənilir.İrəvanda dekabrın 12-də keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) növbəti toplantısı həm də Türkiyə-Ermənistan münasibətlərinin yenidən müzakirəyə çıxarılması baxımından da əhəmiyyət daşıyır.Məlumata görə, İrəvana gedəcək Ə.Davudoğlunun Ermənistan prezidenti Serj Sərkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşü nəzərdə tutulub.Qeyd olunur ki, Ə.Davudoğlunun İrəvana bu təkliflərlə getməsi Azərbaycan prezidenti İlham Əliyevlə S.Sarkisyan arasında ötən ay Vyanada keçirilmiş görüşdən sonra qətiləşib.Prezident İ.Əliyevlə S.Sarkisyanın son təmaslarını bir fürsət kimi dəyərləndirən rəsmi Ankara İrəvanla uzlaşmaq üçün hərəkətə keçməyə qərar verib.

OXŞAR XƏBƏRLƏR