Elektron siqaret əlində partladı, üzü və bədəni yandı

Elektron siqaret əlində partladı, üzü və bədəni yandı
DÜNYA
13:04 02.08.2024
146
Elektron siqaret gənc oğlanın əlində partlayıb.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Sivas bölgəsində baş verib.
 
Evinə getmək üçün avtobus gözləyən 17 yaşlı Buğra Türkseven üstündə gəzdirdiyi elektron siqareti çəkmək istəyib. 
 
Nəticədə Türksevenin əlindəki elektron siqaret partlayıb.

Ətrafdakı vətəndaşların müdaxiləsi ilə alovlanan elektron siqaret söndürülüb. Türkseven təcili yardım qrupları tərəfindən xəstəxanaya aparılıb və müalicəsi davam edir.

Xəstəxanadan verilən açıqlamada bildirilib ki, Türksevənin üz və bədənində yanıq xəsarətləri alıb.
 
Oksana

OXŞAR XƏBƏRLƏR