Elektrovoz Xaçmaz sakinini vuraraq öldürdü

Elektrovoz Xaçmaz sakinini vuraraq öldürdü
SOSİAL
19:14 09.07.2022
274
Xaçmaz sakinini elektrovoz vurub.

AZXEBER.COM APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Qusarçay kəndi hissəsində baş verib.

Yalama Dəmiryol istiqamətində hərəkət edən maşinist Cabir Məmmədovun və köməkçisi Camələddin Ağayevin idarə etdiyi elektrovoz Qusarçay kənd sakini, 1990-cı il təvəllüdlü Rəşad Vəlibəyovu vurub. Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR