“Azərbaycan dünəndən etibarən atışmanı dayandırıb. Lakin əgər Ermənistan tərəfi gərginliyədavam edərsə, Azərbaycan da özünü müdafiə edəcək”.
Bu barədə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “CNN Türk”ə açıqlamasında bildirib.
“Müharibədə belə vəziyyət olur, amma Ermənistanın törətdiyi təxribat çox böyükdür. Azərbaycan da qarşılıqlı olaraq öz müdafiəsinə qalxdı”, - deyə Əli Həsənov vurğulayıb.
Qeyd edək ki, aprelin 2-nə keçən gecə cəbhədə baş verən təxribat nəticəsində Silahlı Qüvvələrin 12 əsgəri şəhid olub.