"Azərbaycanın zəfərinə sevinə bilməyən Əli Kərimli siyasətdən getməlidir" - Deputat

SİYASƏT
12:02 18.10.2023
2017
Xəbər verdiyimiz kimi, Azərbaycanda fəaliyyət göstərən 23 siyasi partiya lideri Prezident İlham Əliyevə təbrik məktubu göndəriblər.
 
Təbrik məktubunda deyilir:

"Partiyalarımız dövlətimizin əbədi suverenliyi üçün apardığınız uğurlu daxili və xarici siyasətdə Zati-alinizə dəstəyini bəyan edir". 

Lakin təbrik göndərən müxalif partiyaların içərisində "Müsavat" və "Azərbaycan Xalq Cəbhəsi" görünməyib.
 
Partiyaların Prezidentə təbriki ilə bağlı AZXEBER.COM-a açıqlama verən Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, bu çox əhəmiyyətli bir hadisədir:
 

 

"Azərbaycan 19-20 sentyabr tarixində antiterror tədbirləri keçirməklə müstəqil dövlətimizin hər qarış ərazisində öz suveren hüquqlarını, konstitusiya quruluşunu bərpa etdi. Bu, çox böyük tarixi hadisədir və bununla əlaqədar Azərbaycan xalqının hər bir fərdi - müxalifət partiyaları, qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti nümayəndələri, əlbəttə ki, bu tarixi hadisəylə bağlı Azərbaycan Prezidenti cənab İlham Əliyevi təbrik edir. Çünki bu ümumxalq əhəmiyyətli bir hadisədir. Biz dövlətçilik tariximizin yeni qürur səhifəsini yaratdıq. Son yüz ildə ilk dəfədir ki, Azərbaycan Bayrağı Xankəndi üzərində dalğalanır. Belə olan halda siyasi sistemimizin daxili aktorları müxalifət partiyalarının da Azərbaycan Prezidentinə ünvanladıqları təbrik məktubları və bəyanatlarında tamamilə yerindədir. Ancaq çox təəssüf ki, bəzi partiyalar, məsələn, Əli Kərimlinin sədri olduğu "Azərbaycan Xalq Cəbhəsi" partiyası, özünü ümumxalq sevincindən, qürurundan kənar tutur. Bu əslində həmin partiyanın özünü Azərbaycanın siyasi sistemindən kənarda tutması deməkdir".
 
Deputat hesab edir ki, Əli Kərimli və partiyası Azərbaycanın siyasi sistemindən getməlidir:
 
"Şübhəsiz ki, belə olduqda xalq da həmin siyasi partiyanı qəbul etmir, onun sevincinə şərik ola bilməyənləri seçkidə cəzalandırır və nəticədə həmin partiyalar Azərbaycan xalqının səsini və rəğbətini qazana bilmir. Ona görə də düşünürəm ki, kim bu tarixi hadisələrdə xalqın yanında ola bilmirsə, sabah xalqdan səs də istəyə bilməyəcək. Bu səbəbdən "Azərbaycan Xalq Cəbhəsi"nin sədri Əli Kərimli də, zəfər tariximizə xalqımızla birgə ortaq mövqe sərgiləməyənlərin hər biri də Azərbaycanın siyasi sistemindən getməlidirlər. İstefa verməlidirlər ki, müstəqil dövlətçilik tariximizin yeni inkişaf mərhələsində ölkəmizdə daha sağlam, xalqımızın məqsədlərini etibarlı şəkildə təmsil edə biləcək yeni siyasi sistem formalaşsın. Çünki biz "Müsavat", "Azərbaycan Xalq Cəbhəsi" partiyalarının timsalında siyasi sistemimizin önündə tormozlayıcı funksiya yerinə yetirən vasitə görürük. Buna görə də dövlətçilik tariximizin indiki inkişaf mərhələsində "tormozlayıcı faktorlar" bizi milli inkişafdan geridə qoyurlar".
 
Mikayıl Mirzəzadə

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb