Elman Rüstəmov federasiya prezidenti vəzifəsindən çıxarıldı

Elman Rüstəmov federasiya prezidenti vəzifəsindən çıxarıldı
İDMAN
12:40 26.11.2021
988
Azərbaycan Şahmat Federasiyasının Hesabat-Seçki Konfransı keçirilib.

AZXEBER.COM-a verilən xəbərə görə, Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbirdə konfrans iştirakçılarını salamlayan nazir Fərid Qayıbov onlara uğurlar arzulayıb.

Hesabat-seçki yığıncağında Azərbaycan Şahmat Federasiyasının fəaliyyəti barədə hesabat məruzəsi dinlənilib. Sonra Azərbaycan Şahmat Federasiyasının rəhbərliyinə yeni seçkilər keçirilib. Səsvermə nəticəsində uzun illər federasiyada vitse-prezident kimi çalışan, həm də Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti olan Mahir Məmmədov 4 il müddətinə federasiyanın prezidenti seçilib.

Faiq Həsənov federasiyanın I vitse-prezidenti, Seymur Talıbov isə vitse-prezident kimi işini davam etdirəcək. Federasiyanın prezident və vitse-prezidenti həm də İcraiyyə Komitəsinə üzv kimi təsdiqlənib. Eyni zamanda Sərxan Həşimov (Vüqar Həşimovun qardaşıdır – S.M.) və beynəlxalq qrossmeyster Cahangir Ağarəhimov İcraiyyə Komitəsinə üzv seçilib.

Tədbirdə çıxış edən federasiyanın yeni prezidenti Mahir Məmmədov qarşıda idmançılarımızı bir sıra nüfuzlu yarışların gözlədiyini bildirib. O, gələcəkdə daha böyük uğurların qazanılması üçün lazımi işlərin görüləcəyini vurğulayıb. Federasiya prezidenti iclasda qaldırılan məsələlərin yerinə yetirilməsi üçün səylə çalışacaqlarını qeyd edib.

Sloveniyada komandalar arasında Avropa çempionatında bürünc medal qazanan qadın şahmatçılardan ibarət Azərbaycan yığmasının üzvləri, eləcə də kişilərdən ibarət Azərbaycan yığmasının üzvü Nicat Abbasova (beşinci lövhədə yaxşı çıxış etdiyi üçün – S.M.) pul mükafatları təqdim edilib, onlara gələcək yarışlarda uğurlar arzulanıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Harutyunyan: Azərbaycanın bütün sahələr üzrə potensialı Ermənistandan dəfələrlə üstün idi
22:01 03.03.2025
Harutyunyan: Azərbaycanın bütün sahələr üzrə potensialı Ermənistandan dəfələrlə üstün idi
Levon Mnatsakanyan: Ermənistanın baş naziri bizə kiminləsə danışmağı qadağan etmişdi
21:49 03.03.2025
Levon Mnatsakanyan: Ermənistanın baş naziri bizə kiminləsə danışmağı qadağan etmişdi
Ərdoğan: Azərbaycan - Ermənistan sülh sazişinin imzalanmasına çalışırıq
21:43 03.03.2025
Ərdoğan: Azərbaycan - Ermənistan sülh sazişinin imzalanmasına çalışırıq
Hava limanlarımızı vurmaq istəyirlərmiş...
21:35 03.03.2025
Hava limanlarımızı vurmaq istəyirlərmiş...
600 manatlıq hədiyyəni bəyənməyən məktəb direktoru işdən çıxarıldı
21:20 03.03.2025
600 manatlıq hədiyyəni bəyənməyən məktəb direktoru işdən çıxarıldı
Erməniəsilli şəxslərin məhkəməsi davam etdirilir
21:17 03.03.2025
Erməniəsilli şəxslərin məhkəməsi davam etdirilir
DYP-dən xəbərdarlıq: Dumanlı hava yolda təhlükə yarada bilər
20:59 03.03.2025
DYP-dən xəbərdarlıq: Dumanlı hava yolda təhlükə yarada bilər
Ramazanın 4-cü günü üçün iftar vaxtı – 4 mart 2025
20:51 03.03.2025
Ramazanın 4-cü günü üçün iftar vaxtı – 4 mart 2025
Estoniya bəzi gürcüstanlı rəsmilərin ölkəyə girişinə qadağa qoyub
20:42 03.03.2025
Estoniya bəzi gürcüstanlı rəsmilərin ölkəyə girişinə qadağa qoyub
Tramp özünü Ukraynanın torpaqlarını Rusiyaya verməyən "yeganə prezident" adlandırıb
20:18 03.03.2025
Tramp özünü Ukraynanın torpaqlarını Rusiyaya verməyən "yeganə prezident" adlandırıb
Bundesliqa çempionu mövsümün sonunda klubundan ayrılacaq
19:58 03.03.2025
Bundesliqa çempionu mövsümün sonunda klubundan ayrılacaq
Sabah Aİ ölkələrinə Avropanın yenidən silahlanması planı təqdim ediləcək
19:47 03.03.2025
Sabah Aİ ölkələrinə Avropanın yenidən silahlanması planı təqdim ediləcək
Tramp: Sabah böyük gecə olacaq
19:37 03.03.2025
Tramp: Sabah böyük gecə olacaq
Hökumət sözçüsü: Pezeşkian hələ Zərifin istefasını qəbul etməyib
19:30 03.03.2025
Hökumət sözçüsü: Pezeşkian hələ Zərifin istefasını qəbul etməyib
Moldova ABŞ ilə USAID proqramlarının saxlanılması barədə danışıqlar aparır
19:22 03.03.2025
Moldova ABŞ ilə USAID proqramlarının saxlanılması barədə danışıqlar aparır
Fransa XİN Ukraynada təklif olunan bir aylıq atəşkəsin məqsədini açıqlayıb
19:14 03.03.2025
Fransa XİN Ukraynada təklif olunan bir aylıq atəşkəsin məqsədini açıqlayıb