Xarici işlər naziri Elmar Məmmədyarov avqustun 27-də Belçika Krallığının Azərbaycana yeni təyin olunmuş səfiri xanım Karin Peçiti qəbul edib.
AZXEBER.COM XİN-in rəsmi saytıan istinadən xəbər verir ki, nazir Karin Peçiti ölkəmizə səfir təyin olunması münasibəti ilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.Görüşdə Azərbaycanla Belçika arasındakı ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə edilib. Nazir Elmar Məmmədyarov yeni təyin olunmuş səfirin iki ölkə arasındakı münasibətlərin daha da inkişafına töhfə verəcəyinə əminlik ifadə edib.Etimadnaməsinin surətini XİN rəhbərinə təqdim edən səfir, ölkəsinin Azərbaycanla ikitərəfli münasibətlərin davam etdirilməsində maraqlı olduğunu bildirib və diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasındakı münasibətlərin genişləndirilməsi istiqamətində səylər göstərəcəyini diqqətə çatdırıb.