Elmar Məmmədyarov Brüsselə gedib

SİYASƏT
10:57 02.12.2014
1319
Nazir NATO-nun tədbirində iştirak edəcək.
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Brüsselə yola düşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, nazir dekabrın 2-də NATO-nun Əfqanıstan üzrə xarici işlər nazirləri səviyyəsində NATO-nun mənzil-qərargahında keçiriləcək iclasında iştirak edəcək.
İclasda E. Məmmədyarovun çıxış etməsi və bir sıra ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.
OXŞAR XƏBƏRLƏR