Balalar görmüşəm sevgisi üçün,
Onu böyüdənə qarğış ediblər.
Analar görmüşəm öz qızlarını,
Ərə vermək üçün tanış gəziblər.
Yetim bir uşağı əliylə itib,
Yüz minlik maşına minən görmüşəm.
Hər gecə gic kimi araqdan içib,
Qızını, oğlunu söyən görmüşəm.
İnsansan yaşa sən bir insan kimi,
Sürünmə yer ilə dur özünə gəl.
Sərilmə bir dəfə yıxılan kimi,
Qalx oğul ayağa, öz gücünə gəl.
Gözləmə birisi əlindən tutar,
Qaldırar ayağa sənə güc olar.
Üzünə gülən dost arxadan vurar,
O zaman ölərsən, rəngin də solar.
Dostlar görmüşəm ki qardaşım deyib,
Qardaş arvadına pis gözlə baxıb.
Qardaş görmüşəm ki qandaşım deyib,
Qanını kağıza qarşılıq satıb.
Evində arvadı yesir günündə,
Özünü bəzəyən insan görmüşəm.
Fahişəyə millətin gözü önündə,
Qırx minlik hədiyyə alan görmüşəm
Övladlar görmüşəm bir zəng eşidib,
Evindən tələsik qaçaraq çıxıb.
Övladlar görmüşəm məktəbə gedib,
Dənizdə, moteldə qalaraq çıxıb.
Görmüşəm hiyləgər, yalançı, alçaq
Dar gündə onları satmamışam mən.
Sevgidən yazmışam inanın ancaq,
Bir kərə onu da dadmamışam mən.
3 iyul 2011 Elmir Murquzov