Öz ifası ilə "o səs Türkiyə"də səs salan azərbaycanlı müğənni Elnur Hüseynov müsabiqədə hazırlıqlarını davam etdirmək üçün Türkiyənin məşhur müğənnisi Ebru Gündəşi seçib.
Müğənninin bu uğuru sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib. Hamı Elnuru təbrik edir, hamı ona uğurlar arzulayır.
Elnur ona qarşı olan sonsuz sevgi və alqışın qarşılığında Azərbaycana şok yaşatmağı bacaran möhtəşəm səs sahibi özü də susmayıb hər kəsə cavab verdi.
“Dəstək üçün hər kəsə təşəkkür edirəm! Məni təbrik edən və dəstəkləyən hər kəsdən xahiş edirəm ki, konsertimə bilet alın və evsiz heyvanlara yardım edin. Mən Sizə güvənirəm mərhəmətli insanlar”.
Qeyd edək ki, 5 dekabrda “Jazz” mərkəzində xeyriyyə konsertində çıxış edəcək. Konsertdən əldə olunan bütün vəsait B.A.R.S. sahibsiz heyvanlara qayğı yardım fonduna bağışlanacaq.