Elnur finalda - VİDEO

MƏDƏNİYYƏT
02:45 22.05.2015
2665
Bu gün Avstriyanın paytaxtı Vyana şəhərində “Eurovision 2015” mahnı müsabiqəsinin ikinci yarımfinalı baş tutub.

AZXEBER.COM xəbər verir ki, Elnur Hüseynov yarımfinal mərhələsində 11-ci nömrə altında çıxış edib, “Hour of the Wolf” balladasını səsləndirib.

17 ölkə iştirakçısınin finala vəsiqə qazanmaq uğrunda apardığı mübarizədə təmsilçimizin ifası arenada çoşğuyla qarşılanıb.

Qeyd edək ki, birinci yarımfinalda Albaniya, Rusiya, Rumıniya, Serbiya, Belarus, Yunanıstan, Macarıstan, Estoniya, Almaniya və Ermənistan finala vəsiqə qazanıb.

Xatırladaq ki, finalda birbaşa iştirak etmək hüququ qazanan ölkələr Avstriya, Almaniya, Fransa, İtaliya, Böyük Britaniya, Avstraliya və İspaniyadır.

***

İkinci yarımfinalda Litva, Polşa, Sloveniya, İsveç, Norveç, Montoneqro, Kipr, Azərbaycan, Latviya və İsrail finala vəsiqə qazanıb.

OXŞAR XƏBƏRLƏR