Elnur Məmmədli qızıldan bürüncə düşdü - VİDEO

Elnur Məmmədli qızıldan bürüncə düşdü - VİDEO
İDMAN
13:49 20.02.2012
2162
Almaniyanın Düsseldorf şəhərində cüdo üzrə Qran-pri turniri başa çatıb. Turnirdə Azərbaycan komandasının qazancı cəmi bir medal olub. 81 kq çəki dərəcəsində mübarizə aparan Elnur Məmmədli bürünc medal əldə edib.Təmsilçimiz öz çəki dərəcəsində yarımfinaladək irəliləsə də bu mərhələdə fransız Allen Şmittə uduzaraq üçüncülüklə kifayətlənib. Elxan Məmmədov (90 kq) və Rüstəm Orucov (73 kq) beşinci yerlə kifayətləniblər.Elnur Məmmədli bu nəticə ilə 80, Rüstəm Orucov və Elxan Məmmədov isə 40 reytinq xalı əldə ediblər.(anspress)
OXŞAR XƏBƏRLƏR