Elvin Hüseynov ölkəni tərk edibmiş - RƏSMİ

Elvin Hüseynov ölkəni tərk edibmiş - RƏSMİ
HADİSƏ
21:07 12.06.2025
664
Xarici ölkədən avtomobil gətirmək adı ilə vətəndaşlara qarşı kütləvi dələduzluq əməlləri törətməkdə şübhəli bilinən şəxs barədə axtarış elan olunub.
 
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev bildirib.

O qeyd edib ki, 32 yaşlı Elvin Tofiq oğlu Hüseynov barəsində dələduzluq əməlləri ilə bağlı 17 epizod üzrə Xətai Rayon Polis İdarəsində cinayət işi başlanıb. Həmin faktlar üzrə vətəndaşlara dəyən zərər 249 764 manat təşkil edir.

Müəyyən edilib ki, o, vətəndaşlara müxtəlif yalan vədlər verib və daha sonra ölkəni Gürcüstan istiqamətində tərk edib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri görülür.
 
/Oxu.Az
OXŞAR XƏBƏRLƏR