Elza Orucova "İlin həkimi" mükafatına layiq görüldü

SAĞLAMLIQ
14:57 19.02.2018
3782
Azərbaycanlı tanınmış həkim Elza Orucova "İlin həkimi" milli mükafatına layiq görülüb.
 
AZXEBER.COM xəbər verir ki, "Menecment İnternational Qrup" tərəfindən təsis olunan mükafat Azərbaycan Tibb sahəsində göstərdiyi xidmətlərə görə Elza Orucovaya təqdim edilib.  
 
Tibb Universitetinin yoluxucu xəstəliklər kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru, yoluxucu xəstəliklər üzrə mütəxəssis olan Elza Orucova 1 saylı şəhər klinik xəstəxasında yoluxucu xəstəliklər şöbəsində çalışır. 

Elza Orucova təkcə ölkəmizdə deyil, xaricdə də tanınan həkimlərdəndir. O Avropa klinik mikrobioloqlar və infeksionistlər cəmiyyətinin üzvüdür. Tanınmış həkim bu ilin aprel ayında konqresdə iştirak üçün İspaniyaya yola düşəcək. 

Qeyd edək ki, Elza Orucova həmçinin  SOS uşaq kəndinin, Azərbaycan infeksionistlər cəmiyyətinin, Səhiyyə Nazirliyi yanında qara ciyər plantasiyası üzrə komisiyanın üzvüdür. 
 

OXŞAR XƏBƏRLƏR